Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Paytaxtda “Heydər Əliyev-100 il” qaçış marafonu keçiriləcək

© AZƏRTACBakı marafonu - 2019, arxiv
Bakı marafonu - 2019, arxiv - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə təşkil olunan yarışda ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak edə bilərlər.
BAKI, 17 sentyabr - Sputnik. Oktyabrın 1-də Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində miqrasiya orqanları işçiləri, ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, miqrasiya idarəetməsində iştirak edən vətəndaş cəmiyyətinin üzvləri və könüllülərin iştirakı ilə “Heydər Əliyev-100 il” qaçış marafonu keçiriləcək. Bu barədə Azərtac Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər yayıb.
Verilən məlumata görə, saat 10:00-da başlayacaq marafon “Dəniz Mall” ticarət mərkəzinin qarşısından Bayraq meydanınadək 5 kilometr dairəvi məsafəni əhatə edəcək.
Marafonun qaliblərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.
Marafonun son qeydiyyat tarixi sentyabrın 25-idir. Qeydiyyatdan keçən şəxslərə əlavə məlumat veriləcək. Qeydiyyatdan bu link vasitəsilə keçmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0