DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın əks-hücum əməliyyatı tam uğursuzluqla nəticələnib

© AFP 2023 / FREDERIC WALLOISPentaqon
Pentaqon - Sputnik Azərbaycan, 1920, 16.09.2023
Abunə olmaq
Pentaqonun keçmiş baş müşaviri polkovnik Duqlas Makqreqor deyib ki, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb.
BAKI, 16 sentyabr — Sputnik. Ukraynanın əks-hücum əməliyyatı tam uğursuzluqla nəticələnib.
Bunu Pentaqonun keçmiş baş müşaviri polkovnik Duqlas Makqreqor bildirib.
Makqreqor "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb: "Ukraynanın əks-hücum əməliyyatı tamamilə uğursuz oldu".
Onun sözlərinə görə, Ukrayna qoşunlarının hücumunun sürətinin gözlənildiyindən daha yavaş olduğunu açıq şəkildə etiraf edən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli də "siyasi marionet" və "fırıldaqçı"dır.
Qeyd edək ki, Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb. Üç ay sonra isə Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, "əks-hücum" sadəcə dayandırılmayıb, "bu, uğursuzluqdur". Onun sözlərinə görə, "nəyin bahasına olursa-olsun nəticə əldə etmək" cəhdlərində Ukrayna 71,5 min hərbi qulluqçusunu itirib – sanki "bunlar onların xalqı deyil".
Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb. Onlardan ən qızğını Ukraynanın strateji ehtiyatdan Qərb təlimi ilə döyüş briqadalarını gətirdiyi kiçik Rabotino kəndi yaxınlığındakı Zaporojyedir.
Məhv edilmiş Ukrayna Silahlı Qüvvələrinin 18 min texnikası arasında Almaniyanın "Leopard" tankları, Fransanın "AMX" tankları, Britaniyanın ən azı bir "Challenger 2" və Amerikanın "Bradley" piyada döyüş maşını var. Cəmi 543 tank məhv edilib - onlar Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə qüvvəsi olmalı idi, lakin Rusiya prezidentinin qeyd etdiyi kimi, onlar hazırda "gözəl yanırlar".
Bunun fonunda ABŞ hücumun "daha çox aylar" davam edəcəyini bəyan edib və Ukrayna Silahlı Qüvvələrini kaset sursatları ilə təmin etməyə başlayıb. Putin isə öz növbəsində qeyd edib ki, "kasetlərin" tədarükü Ukrayna Silahlı Qüvvələri üçün döyüş meydanında heç nəyi dəyişməyib.
Xəbər lenti
0