Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor Rusiyada seriala çəkilib

© Photo : Courtesy of Ilgar Musayevİlqar Musayev "Sevginin təzadları" ("Превратности любви") serialında çəkiliş zamanı
İlqar Musayev Sevginin təzadları (Превратности любви) serialında çəkiliş zamanı - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
Serialın ssenari müəllifi Elena Vaxruşeva, rejissoru Anatoli Artamonov, operatoru isə Roman Burdenyukdur. Rollarda İlqar Musayev, Marina Mitrofanova, Daria Feklenko, Aleksey Nesterenko, Anton Denisenko, Maria Osipova, Olga Saxanova və Kadır Saidharun iştirak edirlər.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev Rusiyada seriala çəkilib. Aktyorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, melodrama və psixoloji dram janrında olan serial "Sevginin təzadları" ("Превратности любви") adlanır.
Çəkilişlər Rusiya və Türkiyənin bir sıra şəhərlərində lentə alınıb.
© Photo : Courtesy of Ilgar Musayevİlqar Musayev "Sevginin təzadları" ("Превратности любви") serialında çəkiliş zamanı
Ильгар Мусаев во время съемок сериала Превратности любви - Sputnik Azərbaycan, 1920, 14.09.2023
İlqar Musayev "Sevginin təzadları" ("Превратности любви") serialında çəkiliş zamanı
İlqar Musayev serial haqqında danışarkən bildirib ki, çəkilişlər may və iyun aylarında baş tutub:

"Serial 4 bölümdən ibarətdir. Artıq post-prodakşın mərhələsi də bitib. Çəkiliş vaxtı gözəl aktyor heyəti ilə birgə çalışdıq. Kaskadyorların hazırladığı tryuklar serialı daha da baxımlı edirdi. Serialın rejissoru Anatoli Artamonov ABŞ-da təhsil alıb və uğurlu layihələri ilə tanınır. Ekran əsərində ailədə ciddi problemləri olan və bu problemlərin ətrafındakılara öz təsirini göstərən bir insanın obrazını canlandırdım. Düşünürəm ki, serial tamaşaçıların xoşuna gələcək".

© Photo : Courtesy of Ilgar Musayevİlqar Musayev "Sevginin təzadları" ("Превратности любви") serialında çəkiliş zamanı
Ильгар Мусаев во время съемок сериала Превратности любви - Sputnik Azərbaycan, 1920, 14.09.2023
İlqar Musayev "Sevginin təzadları" ("Превратности любви") serialında çəkiliş zamanı
Akyor bildirir ki, bu onun Rusiyada ilk işi deyil:
"Bundan əvvəl 2013-cü ildə rejissor Кseniya Zаrufskaya və Vyaçeslav Kaminskiyin 65 seriadan ibarət "Yasmin" serialında baş rolda oynamışam. Bundan başqa, 2017-ci ildə rejissor Serqey Orlanovun "Спящий" ekran işində rol aldım. Eyni zamanda, bu il iki filmdə rol almışam. Çox güman ki, onlardan biri dekabr ayında efirə çıxar".
Qeyd edək ki, serialın ssenari müəllifi Elena Vaxruşeva, rejissoru Anatoli Artamonov, operatoru isə Roman Burdenyukdur. Rollarda İlqar Musayev, Marina Mitrofanova, Daria Feklenko, Aleksey Nesterenko, Anton Denisenko, Maria Osipova, Olga Saxanova və Kadır Saidharun iştirak edirlər.
Serial sentyabrın 16-dan "Rossiya 1" telekanalında nümayiş olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0