CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL bəzi istiqamətlərdə uçuşlar üçün xüsusi aksiyaya başlayır

© Photo : AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 14.09.2023
Abunə olmaq
AZAL-ın məlumatına görə, xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) ən populyar istiqamətlər - Tbilisi, İstanbul Dubaya xüsusi aksiyaya başlayır.
AZAL-ın məlumatına görə, xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.
Bildirilir ki, bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.
Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 manatdan başlayaraq, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir.
Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 manatdan başlayaraq, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.
Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 manatdan başlayaraq, gediş-gəliş aviabiletini 437 manatdan başlayaraq təklif edir.
Aviabiletləri "Azərbaycan Hava Yolları"nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.
AZAL qeyd edir ki, bu təklif məhdud saydadır, ona görə də aviabiletləri indidən bron etmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0