Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Stressin qarşısını almaq üçün yeni model hazırlanıb

© Sputnik / Murad OrujovDəniz sahilində insan
Dəniz sahilində insan - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Stressli insanlar siçan kursorunu daha tez-tez və daha az dəqiqliklə hərəkət etdirərək ekranda daha uzun məsafələr qət edirlər.
BAKI, 13 sentyabr - Sputnik. Stressin aşkarlanması və qarşısının alınması üçün İsveçrə Federal Texnologiya İnstitutu mühüm addım atıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatında istinadla xəbər verir ki, hər üç nəfərdən birinin iş yerində stres keçirdiyi qeyd ediləb İsveçrədə stressi müəyyən etmək və qarşısını almaq üçün yeni model hazırlanıb.
Model stressi başladığı yerdə, yəni, işdə aşkar edir.
Psixologiya və informasiya texnologiyalarının müxtəlif sahələrindən olan səkkiz tədqiqatçının daxil olduğu araşdırmada cihaz öyrənilməsindən istifadə edilərək, bir model hazırlanıb. Modeli hazırlayarkən komanda 90 iştirakçıdan ibarət qrupu araşdıraraq,məlumatları təhlil edib.
İştirakçıların bəzilərinə rahat işləyə biləcəkləri, işlərinin kəsilmədiyi və heç bir müdaxiləyə məruz qalmadıqları bir iş mühiti təmin edilsə də, bəziləri üçün görüşlər, suallar və sorğularla zəngin “daha realist” iş mühiti təmin edilib. 90 iştirakçının siçan (mışka) və klaviatura hərəkətləri, eləcə də ürək döyüntüləri izlənilib.
Araşdırmanın müəlliflərindən Mara Nagelin deyir ki, stress altında işləyən insanların klaviatura və siçan istifadə davranışları stress keçirməyən işçininkindən fərqlidir. Həmçinin, komandaya görə, klaviatura və siçan istifadə davranışları stress səviyyəsini ürək döyüntüsündən daha yaxşı müəyyən edir.
Bəs stressli insanlar klaviatura və siçandan necə istifadə edirlər?
"Stressli insanlar siçan kursorunu daha tez-tez və daha az dəqiqliklə hərəkət etdirərək ekranda daha uzun məsafələr qət edirlər. Rahat insanlar isə, məqsədlərinə çatmaq üçün daha qısa, daha birbaşa yollardan istifadə edir və buna daha çox vaxt sərf edirlər", - Nagelin bildirib.
Komandanın fikrincə, artan stress səviyyələri beynimizin məlumatı emal etmək qabiliyyətinə mənfi təsir göstərir. Bu da motor bacarıqlarımızın mənfi təsirinə səbəb olur. Təbii ki, klaviatura və siçandan necə istifadə etməyimiz də stressli olub-olmamağımızdan asılıdır.
Komandanın məqsədi bu məlumatları məxfi saxlamaq və yalnız işçilərin stress səviyyələrini müəyyən etmək və şəraiti yaxşılaşdırmaq üçün istifadə etməkdir.
Bu səbəbdən komanda həm də əməkdaşların və etika mütəxəssislərinin daxil olduğu digər işçi qrupla məlumatların anonim qalması və işçilərin zərərinə istifadə edilməməsi üçün nə etməli olduğuna dair araşdırmalar aparır.
Xəbər lenti
0