CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

© State Border Service of Azerbaijan RepublicDSX-da müasir texniki imkanlardan istifadə etməklə təlim keçirilib
DSX-da müasir texniki imkanlardan istifadə etməklə təlim keçirilib - Sputnik Azərbaycan, 1920, 13.09.2023
Abunə olmaq
Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Qeyd olunub ki, namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, 30 yaşı keçməməli, fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlər Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmalıdırlar.
Xəbər lenti
0