QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Otuz il əvvəl Füzulidə itkin düşən şəhidin qalıqları dəfn olunub

© Photo : AZERTACŞuşada kütləvi məzarlıq
Şuşada kütləvi məzarlıq  - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Hazırda şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir.
BAKI, 11 sentyabr — Sputnik. Otuz il əvvəl Füzuli rayonunda itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları Ağstafa rayonunda dəfn olunub.
APA-nın xəbərinə görə, şəhid Əsəd Məmməd oğlu Məmmədovun bir qədər əvvəl kütləvi məzarlıqda tapılan qalıqları Ağstafanın Eynallı kəndinin qəbiristanlığında, yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb.
Hazırda şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıb.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Onun qalıqları bir qədər əvvəl Füzulidə kütləvi məzarlıqda tapılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0