Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələrini müzakirə edib

© Photo : Twitter / Mikayil JabbarovMikayıl Cabbarov və Peter Siyarto
Mikayıl Cabbarov və Peter Siyarto  - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Nazir Macarıstana işgüzar səfərdə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikirləri bölüşüb.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Macarıstanla "yaşıl enerji" layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslərlə bağlı fikirləri bölüşdük", - deyə nazir qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0