SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel Ərdoğanla Qarabağda baş verən son hadisələri müzakirə edib

© AFP 2023 / NIALL CARSONŞarl Mişel
Şarl Mişel - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Mişel bildirib ki, Ərdoğanla görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektrini, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyəti, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər.
BAKI, 10 sentyabr - Sputnik. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
Şarl Mişel bu barədə "X" sosial .şəbəkəsindəki hesabında yazıb.
"G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi", - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2023
SİYASƏT
Ərdoğan G20-də Ermənistanın hərəkətlərini qəbuledilməz adlandırdı: Paşinyanla danışacağam
Xəbər lenti
0