Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya və Türkiyə uzun sürən danışıqlar nəticəsində hansı nəticəyə gəldilər - təhlil

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya və Türkiyə prezidentləri
Rusiya və Türkiyə prezidentləri - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Rusiya taxılını güzəştli qiymətlərlə Ukrayna və BMT ilə heç bir "sövdələşmə" olmadan ən kasıb ölkələrə göndərəcək.
BAKI, 8 sentyabr — Sputnik. Çərşənbə axşamı Rusiya ilə Türkiyənin 1 milyon ton taxıl tədarükü barədə razılığa gəldikləri, emal edilmiş məhsulları yoxsul dövlətlərə göndəriləcəyi məlum olub. Bu qərar avqustun sonu - sentyabrın əvvəllərində ən yüksək səviyyədə aparılan danışıqların nəticəsi olub.
Belə ki, bu həftə Soçidə Rusiya və Türkiyə Prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub. Bir neçə gün əvvəl iki ölkənin xarici işlər nazirləri Sergey LavrovHakan Fidan Moskvada danışıqlar aparıblar.
Bir qədər əvvəl BMT-nin baş katibi Antonio Quterreşin Sergey Lavrova "taxıl müqaviləsi"nin bərpası ilə bağlı konkret təkliflərlə göndərdiyi məktub məlum olub. Bu təkliflər, mətbuatın yazdığına görə, Türkiyə ilə birlikdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanıb.
Rusiya-Türkiyə taxıl müqavilələrinə nələrin daxil edildiyi və iki ölkənin hakimiyyət orqanları tərəfindən daha nələrin müzakirə edildiyi barədə daha ətraflı "Sputnik"in materialında oxuyun.
Kasıb ölkələr Rusiya taxılını alacaq
Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiyadan Türkiyəyə 1 milyon ton taxılın tədarükü ilə bağlı prinsipial razılığın əldə olunduğunu açıqlayıb.
Xatırladaq ki, Vladimir Putin Soçidəki danışıqlardan sonra Rusiyanın Türkiyə və Qətərlə birlikdə ən yoxsul ölkələrə taxıl tədarük etməyə hazır olduğunu bəyan etmişdi. Rusiya liderinin elan etdiyi təşəbbüsə əsasən, Rusiya Federasiyasından taxıl emal üçün Türkiyənin un dəyirmanlarına, oradan isə istehsal olunan un ən kasıb ölkələrə pulsuz göndəriləcək.
Qətər Türkiyə üçün güzəştli taxıl qiyməti və ən yoxsul ölkələr üçün pulsuz tədarükü təmin etmək üçün bu təşəbbüsə maliyyə yardımı göstərəcək.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayevin fikrincə, Rusiya taxılının emalı məsələsində Türkiyənin vasitəçiliyinə ehtiyac qismən siyasi kompromislə, qismən də un bazarı ilə bağlı iqtisadi reallıqlarla bağlıdır.

"Krasnodar diyarında və Qara dəniz limanlarına bitişik Rusiyanın digər bölgələrində un dəyirmanı gücü çatışmazlığı var. Bu məsələ bizim daxili istehlak və un ixracı balansımız səviyyəsindədir. Əkilməli və ixrac edilməli olan bir milyon ton taxıl bu regionlardakı mövcud imkanlara əlavə yük olardı", - deyə ekspert bildirib.

© Photo : RFE/RLAleksandr Karavayev, rusiyalı politoloq
Aleksandr Karavayev, rusiyalı politoloq  - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Aleksandr Karavayev, rusiyalı politoloq
Onun sözlərinə görə, Qətər təşəbbüsünə qoşulmaq Rusiyaya daxili Rusiya un bazarında vəziyyəti çətinləşdirə biləcək lazımsız öhdəliklər götürməməyə imkan verir.
Xatırladaq ki, 2022-ci ildə Rusiya 881 min ton buğda və buğda-çovdar unu ixrac edib. Əldə edilən razılaşma çərçivəsində Türkiyəyə göndəriləcək 1 milyon ton taxıldan orta hesabla, təxminən 550-750 min ton un istehsal edilməlidir.
"Beləliklə, Rusiya ortamüddətli perspektivdə bir növ mənfi rol oynayacaq bir sıra öhdəliklərdən azad olur, Türkiyə isə siyasi və təşkilati bonuslar alır. Ankara əsas xammal və mühüm kənd təsərrüfatı mallarının çatdırılması üçün mərkəzlərin təşkilində öz ambisiyalarını bir daha nümayiş etdirə biləcək", - deyə Aleksandr Karavayev bildirib.
Ekspert hesab edir ki, Rusiyanın özü öz müəssisələrində istehsal olunan unu daha sərfəli bazarlara ixrac edə bilər, orada bu una daha çox pul verəcəklər. "Bu ölkə, Afrika ölkələrindən, məsələn, böyük regional taxıl mərkəzi olan Misir ola bilər", - deyə o, fikrini bildirib.
"Taxıl müqaviləsi"nin perspektivləri
İyulun 18-də Ukraynadan ərzaq yüklərinin təhlükəsiz ixracını və Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına BMT yardımını nəzərdə tutan paket sazişi olan "taxıl müqaviləsi" dayandırılıb.
Rusiya bu sövdələşmədən ona görə çıxdı ki, demək olar ki, bir illik fəaliyyətdən sonra onun Rusiya ixracı ilə bağlı ikinci hissəsi və Qərbin bəyan etdiyi təşəbbüsün əsas məqsədi - ehtiyacı olan ölkələrə taxıl tədarükü yerinə yetirilmədi.
Eyni zamanda, Vladimir Putinin Soçidəki danışıqlarda qeyd etdiyi kimi, Moskva bu paket sazişinin şərtləri olan Rusiyanın bütün şərtləri yerinə yetirilən kimi "taxıl müqaviləsi"nə qayıtmağa hazırdır.
Xatırladaq ki, avqustun sonunda BMT-nin baş katibi Antonio Quterreş Sergey Lavrova taxıl sazişinin bərpası ilə bağlı təkliflər göndərmişdi. Rusiya Xarici İşlər Nazirliyinin dediyi kimi, BMT-nin yeni təkliflər paketinə "Rosselxozbank"ın törəmə qurumunun SWIFT-ə yenidən qoşulması, Rusiya gübrə istehsalçılarının Avropadakı aktivlərinin blokdan çıxarılması, sığorta platformasının yaradılması və Rusiya gəmilərinin Avropa limanlarına çıxışının yaradılması daxildir.

"Bunun müqabilində Rusiya tərəfindən Qara dəniz təşəbbüsünün dərhal və tam bərpası üçün təminat verməsi tələb olunur", - deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Rusiya departamentinin bəyanatına görə, bu təkliflər mənasızdır.
"Yalnız işin görünüşü yaradılır və bu təkliflər gübrə və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan Rusiya şirkətlərindən sanksiyaların götürülməsinə gətirib çıxarmır", - deyə Rusiya Xarici İşlər Nazirliyi izah edib.

"Rusiya və Türkiyə Qara dəniz təşəbbüsünü yeni formulla əvəzləyərək, Rusiya taxılını Afrikanı təmin etmək üçün türk un dəyirmanlarına göndərdi. Əlamətdar haldır ki, taxıl müqaviləsi çərçivəsində Afrikanın ən yoxsul ölkələrinə aparılan tədarük həcmi faktiki olaraq saxlanılır – təxminən 1 milyon ton. Yalnız hazırda bu taxıl Ukrayna deyil, Rusiyanındır və təşəbbüs Qətərin maliyyə dəstəyi ilə həyata keçirilir", - deyə Aleksandr Karavayev bildirib.

İqtisad elmləri doktoru, Q.V.Plexanov ad. Rusiya İqtisad Universitetinin Korporativ "İdarəetmə və İnnovasiyalar" kafedrasının professoru Andrey Poltarıxinin fikrincə, Rusiya bu gün ümumilikdə Ukrayna və Qərb ölkələri qədər "taxıl müqaviləsi"nə ehtiyac duymur.
Onun sözlərinə görə, bu il Rusiya Federasiyasında taxıl yığımının yenə də rekord göstəriciyə yaxın olacağı və ikinci ildir ki, onun (ehtiyatlarla birlikdə) 100 milyon tonu keçəcəyi gözlənilir.

"Bu yaxınlara qədər Ukrayna taxıl ixracını üç marşrutla həyata keçirirdi: İstanbul, Dunay limanları, eləcə də avtomobil və dəmir yolu ilə Avropaya. Hazırda birinci marşrutla ixrac etmək mümkün deyil. İkinci marşrut da yaxın gələcəkdə fəaliyyətini dayandıracaq [infrastrukturun dağılması üzündən]. Üçüncü yol qalır: Moldova, Polşa və Aİ-yə digər quru yollar vasitəsilə. Bunun öz çətinlikləri var, çünki yerli fermerlər ucuz Ukrayna taxılı ilə rəqabəti sevmirlər", - deyə ekspert bildirib.

Yaşasın Rusiya-Türkiyə əməkdaşlığı
Qida məsələlərindən əlavə, Soçidə danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyədə qaz qovşağının yaradılması mövzusuna toxunublar. Onların sözlərinə görə, bu layihə üzrə danışıqlar xeyli irəliləyib və tezliklə onun bütün parametrləri üzrə razılığın yekun mərhələsi gözlənilir.
Hazırda gündəmdə Rusiya prezidentinin qeyd etdiyi kimi, bütün praktiki məsələləri həll edəcək birgə işçi qrupunun yaradılması məsələsi var.
İki ölkənin liderləri qeyd ediblər ki, yeni qovşaq dünya enerji sektorunun daha sabit və balanslı olmasına imkan verəcək, həmçinin enerji resurslarının qiymətinə təsir edəcək və Rusiya-Türkiyə münasibətlərini "zənginləşdirəcək".
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq təkcə qazla məhdudlaşmır - Vladimir Putinin sözlərinə görə, "Rosatom" Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tikintisini davam etdirir. İlk enerji blokunun işə salınması gələn il baş tuta bilər.
Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, bu gün Türkiyədə - Sinop şəhərində ikinci Atom Elektrik Stansiyasının tikintisi layihəsi planlaşdırılır. Rusiyanın da buna yenidən cəlb edilməsi nəzərdə tutulur.

"İnanıram ki, bizim aramızda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı belə bir addım da olacaq", - deyə Türkiyə prezidenti bildirib.

Bundan əlavə, Türkiyə prezidenti bildirib ki, ölkələr illik ticarət dövriyyəsinin 100 milyard dollar səviyyəsində göstəricisinə inamla irəliləyirlər ki, bu da "çox sevindiricidir". Onun sözlərinə görə, hazırda bu göstərici 62 milyard dollar təşkil edir.
© Photo : IBRAHIM MESE / DOGAN NEWS AGENCY / AFPAkkuyu AES-in inşası, arxiv
Строительство АЭС Аккую - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Akkuyu AES-in inşası, arxiv
Eyni zamanda, hər iki lider Rusiya-Türkiyə qarşılıqlı hesablaşmalarında milli valyutaların istifadəsinə dair getdikcə aydın tendensiyaya diqqət çəkiblər, eyni zamanda dollar və avronun payları ardıcıl olaraq azalır.
Rusiya və Türkiyə prezidentləri bu prosesin vacibliyini və mərkəzi bankların rəhbərləri arasında ikitərəfli ticarətin rubl-lirə valyuta cütlüyünə transferinin sürətləndirilməsinə dair danışıqların aparıldığını bəyan ediblər.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Qlobal Araşdırmalar İnstitutunun elmi direktoru Aleksandr İlyinskinin fikrincə, Türkiyə prezidentinin Soçiyə səfəri Qərb ölkələrinin Rusiya ilə gələcək potensial yaxınlaşması üçün mühüm addım ola bilər.
Ekspert hesab edir ki, "Türkiyə NATO üzvü və coğrafi baxımdan Qara dəniz regionuna bağlı ölkə kimi Rusiya ilə Qərb arasında vasitəçilikdən geosiyasi fayda əldə etməyə və formalaşmaqda olan çoxqütblü dünyada nüfuzlu regional gücə çevrilməyə çalışır".

"Bununla belə, Qərbin Rusiya ilə yaxın və orta perspektivdə yaxınlaşması iqtisadi maraqlar, geosiyasi vəziyyət və hər iki tərəfin dialoq və kompromislərə hazır olması kimi amillərin kompleks birləşməsindən asılı olacaq", - deyə o, sözünü yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Taxıl daşıyan gəmi - Sputnik Azərbaycan, 1920, 08.09.2023
RUSİYA
Afrika ölkələri üçün Rusiya taxılının 40 gəmi ilə daşınmasını planlaşdırır - Türkiyə nəşri
Xəbər lenti
0