Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada və Səudiyyə Ərəbistanında neft hasilatının azalması Avropanı məhv edəcək

© AP Photo / Eric Gayneft
neft - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Ukrayna danışıqlar masasına oturmağa məcbur edilməsə, Avropanı dəhşətli payız və qış gözləyir.
BAKI, 7 sentyabr — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması və nəticədə neftin maya dəyərinin artması Avropa ölkələrini iflas həddinə çatdıracaq.
Bunu "RİA Novosti"yə misirli iqtisadçı, Asiya Tədqiqat və Tərcümə Mərkəzinin direktoru Əhməd Mustafa bildirib.
Ekspert hesab edir ki, Brent markalı neftin bir barelinin qiymətinin 90 dollardan yuxarı olması Rusiya və Səudiyyə Ərəbistanı kimi neft ölkələri üçün faydalıdır və bu, onlara dünya düzənindəki dəyişikliklərə təsir göstərməyə imkan verir. Eyni zamanda, "Ukrayna danışıqlar masasına oturmağa məcbur edilməsə, Avropanı dəhşətli payız və qış gözləyir".
Mustafa Avropa ölkələrinin ucuz enerji mənbələrindən asılı olduğunu vurğulayıb. Yüksək neft qiymətləri deflyasiyaya, təklifin azalmasına, xalqın narazılığına, qeyri-müəyyənliyə, Qərb sistemlərinə inamın azalmasına və nəticədə qeyri-sabitliyə gətirib çıxaracaq.
Xatırladaq ki, Brent markalı neftin qiyməti 2022-ci il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 90 dolları ötüb.
Bundan əvvəl Baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya dünya bazarlarına neft tədarükünün əlavə könüllü azalmasını ilin sonuna qədər gündə 300 min barel uzadır. Səudiyyə Ərəbistanı neft hasilatının könüllü olaraq gündəlik 1 milyon barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb.
Xəbər lenti
0