Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Laçında avtoqəza olub, yaralılar helikopterlə Bakıya gətirilib - VİDEO

© Photo : DSXLaçında yaralılar helikopterlə Bakıya göndərildi
Laçında yaralılar helikopterlə Bakıya göndərildi  - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib
BAKI, 7 sentyabr — Sputnik. Sentyabr ayının 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hadisə nəticəsində "Toyota" markalı avtomobildə olan "SOCAR" PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.
Xəbər lenti
0