Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bəzi universitetlərdə pedaqoji ixtisaslar ləğv olunmalıdır - Ekspert

© AFP 2023 / FRED DUFOURTələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Ekspert qeyd edir ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ali məktəbdə pedaqoji sahədə öyrədilən biliklər, fənlər üst-üstə düşmür
BAKI, 7 sentyabr — Sputnik. Hazırda 51 ali təhsil müəssisəsinin 25-də pedaqoji kadr hazırlığı var. Son illər nazirliyin həyata keçirtdiyi MİQ imtahanı, istərsə də digər imtahanlar onu göstərdi ki, bu müəssisələrin hazırladığı kadrlar əmək bazarının, işə götürənlərin tələblərinə uyğun deyil. Bu şəxslər öz ixtisasları üzrə minimum tələblərə belə cavab vermirlər.
Bunu Sputnik Azərbaycan-aaçıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, nazirlik 5 ildən bir həmin ali təhsil müəssisələrini akkreditasiyadan keçirir və onlara uyğunluq statusu verir: "Maraqlıdır ki, bu zaman nələr yoxlanılır ki, həmin təhsil müəssisələrinə bu status verilir. Yoxlanılma düzgün həyata keçirilsəydi bu kimi problemlər olmazdı".
"Təkcə imtahandan keçən 740 ibtidai sinif müəlliminin bilik və bacaraıqları tələb olunan göstəricilərdən aşağı olub. Təəssüf ki, bu monitorinqlər ancaq orta ümum təhsil müəssisələrini əhatə edir. Təhsildə inkişaf istəyiriksə, ali təhsil müəssisələrində də islahatlar olmalıdır", - deyə o əlavə edib.
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələri müəllim hazırlaya bilmir, bu nəticələri sertifikasiya zamanı da görürük, düşüncəsi doğru yanaşma deyil: "Çünki sertifikasiyada iştirak edən müəllimlər ən azı 5 il öncə ali məktəbi bitiriblər. Onların arasında 10-40 il əvvəl universiteti bitirənlər də var. Təcrübələr onu göstərir ki, ali məktəbi təzəcə bitirənlər daha yaxşı nəticə göstərirlər".
Əsas problem
Ekspert qeyd edir ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə ali məktəbdə pedaqoji sahədə öyrədilən biliklər, fənlər üst-üstə düşmür: "Ali təhsil müəssisəsində tədris olunan materiallar əsasında müəllimlərin işə qəbulu həyata keçirilməlidir. Bu məsələyə diqqət yetirsək, problemi daha tez həll edərik".
Təhsil üzrə digər ekspert Adil Vəliyev qeyd edir ki, bu tələbələr məzun olduqdan sonra hamısı ixtisası üzrə iş tapa bilmir: "Bu tələbələr MİQ imtahanında iştirak etdikdə ümumiyyətlə keçid balına da yaxın nəticə əldə etmirlər. Məzun olduqdan sonra onlar mütləq şəkildə müxtəlif kurslara getmək məcburiyyətində qalırlar. Belə olan halda mənfi nəticə göstərən univeristetlərdə bu ixitsaslar bağlanılmalıdır".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmirullayev media üçün təşkil olunan brifinqdə bildirib ki, hansı ali təhsil müəssisisəsi müəllim hazırlaya bilmirsə, orada bu ixtisasların tədrisi dayandırlacaq.
O qeyd edib ki, hansı ali təhsil müəssisələrinin məzunları imtahanlarda minimum balı toplaya bilmirlərsə, həmin müəssisələrin rəhbərinə bu haqda suallar verilir. Bu, davamlı hal alarsa, həmin müəssisədə müəllimlik ixtisasının tədrisi dayandırılacaq.
Xəbər lenti
0