Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Ukraynanı son ukraynalıya qədər müharibə aparmağa sövq edir - Peskov

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Kremlin rəsmi nümayəndəsi bildirib ki, bu, xüsusi hərbi əməliyyatın gedişatına təsir etməyəcək.
BAKI, 6 sentyabr — Sputnik. ABŞ Kiyev rejimini son ukraynalıya qədər münaqişəni davam etdirməyə məcbur edir.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Peskovun sözlərinə görə, Qərbin Kiyev rejiminə sponsorluğu davam etdirmək istəyi ilə bağlı dəfələrlə bəyanatları Ukraynanın münaqişə vəziyyətində qalmaqda davam edəcəyi anlamına gəlir.
"Başqa sözlə desək, onlar Ukraynanı faktiki olaraq müharibə vəziyyətində saxlamağı dəstəkləməyə və bunun üçün heç bir pul əsirgəmədən bu müharibəni son ukraynalıya qədər aparmağa davam edəcəklər", - deyə Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, Vaşinqtonun bu mövqeyi xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatına təsir göstərə bilməyəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0