Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişə baxılacaq

© Sputnik / Murad OrujovMilli Məclisin iclası
Milli Məclisin iclası - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Sabah Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.
BAKI, 5 sentyabr — Sputnik. Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları başlayır.
Sentyabrın 6-da parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1.
2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabat.
2.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi.
3.
"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi.
4.
"Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0