Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov sentyabrın 7-də Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSerqey Lavrov
Serqey Lavrov  - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Mariya Zaxarova Rusiyanın tədbir zamanı Asiya-Sakit okean regionunun bu gün üzləşdiyi problemləri müzakirə etməyi vacib hesab etdiyini bildirib.
BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 7-də Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı bəyan edib.

"Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri sentyabrın 7-də Cakartada 18-ci Şərqi Asiya Sammitində iştirak edəcək", - deyə Zaxarova brifinq zamanı bildirib.

O əlavə edib ki, Rusiya tədbir zamanı "Asiya-Sakit okean regionunun bu gün üzləşdiyi problemləri müzakirə etməyi vacib hesab edir".
Xüsusilə, NATO-nun coğrafi zonasının genişləndirilməsi üçün Qərb xəttinin həyata keçirilməsi fonunda Asiya-Sakit Okean regionunda hərbi-siyasi vəziyyətin gərginləşməsi risklərinə diqqəti cəlb etmək niyyətindəyik", - deyə o sözünə davam edib.

"Sentyabrın 7-8-də Banqladeşə işgüzar səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun proqramına bu ölkənin baş naziri ilə görüş, həmçinin Banqladeşin xarici işlər naziri ilə danışıqlar daxildir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat əlavə edib ki, tərəflər ikitərəfli münasibətləri, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0