Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kukla Teatrının baş rejissoru işdən azad olunması barədə ərizə yazıb

© Sputnik / Almuradlı KamalAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, arxiv şəkli
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Qurban Mənsimov 2013-cü ildə təyin olduğu Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsindən azad olunması ilə bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib
BAKI, 5 sentyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Mənsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova Sputnik Azərbaycan-a bildirib ki, mədəniyyət nazir Adil Kərimli hələlik ərizəni təsdiq etməyib.
Xatırladaq ki, o, 2013-cü ildən bu vəzifədədir.
Qurban Məsimov kimdir?
Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olub. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərib. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olub. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirib. Eyni zamanda, Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub. Həmçinin klounada janrında da (Sirk janrı; klounların ekssentrik nömrələrdə buffonada üsulundan istifadə edərək oynadıqları komik səhnəcik) yaradıcılıq təcrübələri var. Səhnə təxəllüsü "Kloun Appadır".
UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü olan Qurban Məsimov 2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimi, 2022-ci ildən baş müəllimi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0