Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda daha iki məscidə qadın dini ayinlərin icraçısı təyin olunub

© Official website of President of Azerbaijan RepublicHeydər məscidi
Heydər məscidi - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən "Hacı Əjdərbəy" məscidində, bir nəfər isə Binəqədi rayonundakı "Heydər" məscidində çalışacaq.
BAKI, 5 sentyabr — Sputnik. Bakıda islam dininə aid daha 2 ibadət yerinə (məscid) qadın dini ayinlərin icraçıları təyin olunub.
Müsahibə imtahanının nəticəsinə görə üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən "Hacı Əjdərbəy" məscidində, bir nəfər isə Binəqədi rayonundakı "Heydər" məscidində çalışacaq.
Qeyd edək ki, sentyabrın 4-də keçirilən müsahibə mərhələsi üçün 23 qadın namizəd müraciət edib. Onlardan ikisi müsahibədə iştirak etməyib, yerdə qalanı isə müsahibədən keçməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0