Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qəbələ" - "Zirə" oyunu Azərbaycan çempionatlarının tarixinə düşüb

© Photo : Social media page of FC Qabala "Qəbələ" futbolçuları
Qəbələ futbolçuları - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
İlk dörd matçı itkisiz və xalsız keçən komandaların əvvəlki iki duelində liderlər qalib gəlmişdisə, Qəbələdəki qarşılaşmada bu ənənə qırılıb
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan Premyer Liqasının V turu itkisiz və xalsız irəliləyən komandaların dueli ilə yadda qalıb. İlk dörd oyunda qələbə qazanan "Zirə" eyni sayda məğlubiyyət alan "Qəbələ"nin qonağı olub.
Bir qolun həlledici olduğu görüşdə meydan sahibləri qalib gəlib. Bununla da hər iki komandanın startdakı seriyası qırılıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 31 illik tarixində 3-cü belə oyun olub. Əvvəlki illərdə yalnız iki dəfə startda 4 qələbə və 4 məğlubiyyəti olan komandalar beşinci matçında bir-biri ilə üz-üzə gəlib.
1994/95 mövsümündə "Neftçi" Sumqayıt "Xəzər"inin qonağı olub. Səfərdə 10:0 hesablı qələbə qazanan bakılılar 5-ci qələbəni qazanmaqla rəqibinə 5-ci məğlubiyyətin acısını yaşadıb.
9 il sonra isə "Şəmkir"lə "Lokomotiv" eyni seriyalarla bir-biri ilə üz-üzə gəlib. Öz meydanında 5:1 hesablı qələbə qazanan qərblilər seriyasını 5-ə çatdırıb. Qonaqlar isə startda 5-ci dəfə uduzub.
İlk dörd matçı itkisiz və xalsız keçən komandaların əvvəlki iki duelində liderlər qalib gəlmişdisə, Qəbələdəki qarşılaşmada bu ənənə qırılıb.
Xəbər lenti
0