DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin: “Taxıl sazişi” ilə bağlı danışıqlara açığıq

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Soçi şəhərində Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar gedir.
BAKI, 4 sentyabr - Sputnik. Rusiya tərəfinin taxıl sazişi üzrə danışıqlara açıqdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bildirib.
"Biz Ukrayna böhranı ilə bağlı məsələləri diqqətdən kənarda qoymayacağıq. Bilirəm ki, siz bu gün taxıl müqaviləsi məsələsini qaldırmaq istəyirsiniz. Biz danışıqlara açığıq", - Putin deyib.
Xatırladaq ki, Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. Türkiyə Prezidenti taxıl müqaviləsinin bərpa olunacağına ümid etdiyini bildirib. O, qeyd edib ki, bütün dünyanın gözü bu mövzuya dikilib.
Türkiyənin "Sabah" qəzeti dünya liderlərinin Rusiya və Türkiyə prezidentləri arasında danışıqların nəticəsini müşahidə edəcəyinə işarə edib. Onlar taxıl dəhlizi ilə bağlı razılaşmanı gözləyəcəklər.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
 - Sputnik Azərbaycan, 1920, 04.09.2023
DÜNYA XƏBƏRLƏRİ
Soçidə Putinlə Ərdoğanın danışıqları başlayıb
Xəbər lenti
0