NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Ərdoğan: Qaz qovşağının tikintisi Rusiya - Türkiyə münasibətlərini zənginləşdirəcək

© AFP 2023 / JUAN BARRETOQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 86% artıb.
BAKI, 4 sentyabr — Sputnik. Türkiyədə qaz qovşağının tikintisi Ankara ilə Moskva arasında münasibətləri zənginləşdirəcək.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.
Putin də öz növbəsində bu məsələ ilə bağlı danışıqların tezliklə başa çatacağına ümid etdiyini bildirib.
"Biz irəliləyiş əldə etmişik və ümid edirəm ki, regionun enerji sektorunda vəziyyəti daha sabit və balanslı etmək üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqları tezliklə başa çatdıracağıq", - deyə Rusiya Federasiyasının başçısı qeyd edib.
O əlavə edib ki, ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 86% artıb. Rusiya liderinin sözlərinə görə, müsbət tendensiyalar bu ilin birinci yarısında da davam edir.
Putin, həmçinin, Rusiyanın taxıl sazişi üzrə danışıqlara açıq olduğunu bildirib.
Xəbər lenti
0