Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərə qəbul olmayanların nəzərinə: Bu gündən ixtisas seçimi başlayır

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidTələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Bu gündən etibarən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır. İxtisas seçimi 5 gün davam edəcək
BAKI, 4 sentyabr — Sputnik. Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Həmin yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən, 51 941 nəfər (o cümlədən, 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən, 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub.
Xəbər lenti
0