DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO 2025-ci ilə qədər dağıla bilər

© AFP 2023 / TOBIAS SCHWARZСимвол НАТО, фото из архива
Символ НАТО, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.09.2023
Abunə olmaq
Ukraynadakı münaqişə alyansın dağılması üçün katalizator rolunu oynaya bilər.
BAKI, 3 sentyabr - Sputnik. Şimali Atlantika alyansı Ukraynadakı münaqişə səbəbindən 2025-ci ilə qədər dağıla bilər. APA xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı yazır.
Jurnal qeyd edir ki, əksər Avropa ölkələrinin təhlükəsizlik sahəsində maraqları ilə ABŞ Respublikaçılar Partiyasının maraqları arasında uçurumun artması səbəbindən NATO mövcudluğunu dayandıra bilər.
Məqalə müəllifləri vurğulayırlar ki, Ukraynadakı münaqişə alyansın dağılması üçün katalizator rolunu oynaya bilər. Respublikaçılar Ukraynaya kömək etməyin ekzistensial vəzifə olduğuna inanmırlar və buna görə də onlar Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtina edə bilməsini təmin edə biləcəklər.
“Bu, ABŞ-ı Avropa üçün daha az etibarlı müttəfiq edəcək”, - nəşr yazır.
Xəbər lenti
0