Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pekində “Azərbaycan Ticarət Evi” açılıb

© AFP 2023 / NICOLAS ASFOURIPekinə mənzərə, arxiv şəkli
Pekinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.09.2023
Abunə olmaq
Ticarət evinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, Çində akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
BAKI, 3 sentyabr - Sputnik.Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
Ticarət evinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, Çində akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
“Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb.
Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, Çindəki digər ticarət evləri ölkənin tanınmış şəhərlərindən olan Çindao, Çengdu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhanda 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 “Azərbaycan şərab evi” var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir.
Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb. Digər ticarət evlərində olduğu kimi bu ticarət evində də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına və sərmayə mühitinə aid materiallar nümayiş olunur. Burada, ticarət evi ilə yanaşı, Azərbaycan təamlarının təklif olunduğu restoran da fəaliyyət göstərir.
02.09.23, 18:28
Azərbaycan və Çin nümayəndələri əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pekində Çin Beynəlxalq Xidmətlər və Ticarət Sərgisinin (CIFTIS) açılış mərasimində iştirak edib.
Nazirlikdən bildirilib ki, minlərlə yerli və xarici şirkətin öz xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri qatılıblar. Azərbaycan 2019-cu ildən CIFTIS-də vahid ölkə stendi ilə təmsil olunur.
Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib.
“China Energy International Group Co. Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib. Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirə aparıblar.
“Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə batareya enerjisi saxlama sistemi və külək enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0