Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib - VİDEO

PUA, arxiv - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
Sərhəddə gərginlik səngimir - Müdafiə nazirliyi sərhəddə vəziyyət barədə operativ məlumatları yaymağa davam edir.
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Müdafiə nazirliyi bu barədə məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib", - deyə nazirliyin məlumatında bildirilir.

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun ŞahbuzKəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Həmin stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 02.09.2023
SİYASƏT
Ermənistanın Azərbaycan ərazilərinə qarşı əsassız iddialarının qarşısı alınmalıdır - XİN
Xəbər lenti
0