Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçirilən dünya çempionatının son qalibləri mükafatlandırılıb

© Sputnik / Murad Orujov53-й Чемпионат мира по стрельбе
53-й Чемпионат мира по стрельбе  - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Komanda yarışında isə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.
BAKI, 31 avqust — Sputnik. Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıb.
Kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən, hədəfə atəşaçma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala Sahib olub.
Komanda yarışında isə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.
Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən, hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada isveçli Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub.
Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiri kimi yadda qalıb. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edib.
Xəbər lenti
0