CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xızıda bəzi fərdi yaşayış evlərini su basıb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Xızıda bəzi fərdi yaşayış evlərini su basıb
Xızıda bəzi fərdi yaşayış evlərini su basıb - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
BAKI, 30 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Giləzi-Xızı avtomobil yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb
Xatırladaq ki, leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Ümumiyyətlə, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0