Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - "Olimpiya" oyununu yayımlayacaq telekanal dəyişib

© pixabay / GadiniPult
Pult - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
Əvvəlcə "CBC Sport"la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.
BAKI, 30 avqust — Sputnik. "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu "Olimpiya" ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.
"Report"un məlumatına görə, əvvəlcə "CBC Sport"la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.
Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı "İdman TV" telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan "İdman TV" matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada "Qarabağ" 2:0 hesabı ilə qələbə qazanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0