QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz "X" sosial şəbəkə hesabında yazıb.
BAKI, 30 avqust — Sputnik. ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
"Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir. Çünki bunlar MLI-nin minalardan zərər çəkmiş ölkələrə bağışladığı 300 baş itlərdəndir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərə başlayacaq olan, "Boka", "Bianka", "Flex", "Lex", "Stela" və "Tiger Pride II"ni salamlayırıq!", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0