CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

© AFP 2023 / DANIEL ROLANDГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
“Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
BAKI, 29 avqust - Sputnik. Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər lenti
0