Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan-Azərbaycan sərhədinə KTMT monitorinq missiyasını göndərmək təklifi qüvvədədir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov
KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Sentyabrın 1-dən 6-dək Belarus ərazisində "Döyüş Qardaşlığı - 2023" birgə əməliyyat-strateji təlimi keçiriləcək.
BAKI, 28 avqust — Sputnik. Rusiyanın Ermənistanın Azərbaycanla sərhədə KTMT monitorinq missiyasını göndərmək təklifi qüvvədədir.
Bunu RF Təhlükəsizlik şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
“Rusiyanın təşəbbüsü ilə KTMT monitorinq missiyasını göndərmək təklif edilmişdi, lakin onun işə başlaması reallaşdırılmamışdı. Amma təklif öz qüvvəsindədir”, - deyə Şevtsov qeyd edib.
15:50
Sidorovdan KTMT təlimləri ilə bağlı açıqlama
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin birgə təlimləri başqa dövlətlərə qarşı yönəlməyib, birlik təcavüzkarlıq nümayiş etdirmir. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
"Biz heç bir aqressivlik nümayiş etdirmirik və təlimlərin məqsədlərini üçüncü ölkələrə qarşı yönəltmirik.
Sentyabrın 1-dən 6-dək Belarus ərazisində "Döyüş Qardaşlığı - 2023" birgə əməliyyat-strateji təlimi keçiriləcək, təlimlərdə iştirak edəcək hərbi birliklər avqustun 25-dən Belarusa gəlməyə başlayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, Rusiya və Ermənistan qoyub.
2002-ci ilin may ayında Moskvada keçirilən yubiley sessiyasında təşkilatın inkişafında yeni dönüş mərləhəsi oldu. Belə ki, onun adının KTM-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çevrilməsi qərara alındı. Bununla əlaqədar qəbul olunmuş siyasi bəyannamədə deyilirdi: "Kollektiv Təhlükəsizlik Müqaviləsinin yeni statusu (beynəlxalq regional təşkilata çəvrilməsi) Müqavilənin tarixində bütün üzv ölkələrin və ümumilikdə beynəlxalq ictimaiyyətin maraqları naminə onun sabit inkişafında yeni dönüş nöqtəsi olacaqdır".
XXI əsrdə Avrasiyada təhlükəsizlik prioritetlərinin dəyişməsi KTMT-nin inkişafı, regional sabitlik və təhlükəsizliyin qorunub-saxlanılması, təşkilatın rolunun artırılması sahəsində Rusiyanın diplomatik səylərinin intensivləşməsinə səbəb olub.
2003-cü ilin sentyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi altı üzv ölkənin hər birinin parlamentində (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) ratifikasiya olunduqdan sonra KTMT Nizamnaməsi qüvvəyə minib.
Xəbər lenti
0