Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezident İlham Əliyev Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb

© Photo : AzerbaijanfilmVaqif Mustafayev "Fəryad-2" filminin çəkilişlərində
Vaqif Mustafayev Fəryad-2 filminin çəkilişlərində - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayevin bu gün 70 yaşı tamam olur.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayevin bu gün 70 yaşı tamam olur.
Vaqif Mustafayev Kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı, Şöhrət, Şərəf, II dərəcəli "Əmək" ordeni laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, 2023-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb.
Xəbər lenti
0