Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batma təhlükəsi ilə üzləşib

© AFP 2023 / FOCKE STRANGMANNDənizdə gəmi, arxiv şəkli
Dənizdə gəmi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Xilasedicilər hadisə yerinə gəldikdə "AMANOS"un kapitanı onları gəmiyə buraxmayıb və ekipajın dəymiş ziyanı özlərinin aradan qaldıracağını bildirib.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisi Rumıniya sahillərində batma təhlükəsi ilə üzləşib. Təhlükəli vəziyyətə baxmayaraq gəminin kapitanı köməkdən imtina edib.
Tanzaniya bayrağı altında üzən "AMANOS" yük gəmisi dünən Rumıniyanın Manqaliya şəhəri yaxınlığında həyəcan siqnalı verib.
Gəminin ekipajı Sahil Mühafizəsinə gəminin burun hissəsin zədələndiyini bildirib.
Lakin xilasedicilər hadisə yerinə gəldikdə "AMANOS"un kapitanı onları gəmiyə buraxmayıb və ekipajın dəymiş ziyanı özlərinin aradan qaldıracağını bildirib.
Daha sonra gəmi Bolqarıstan suları istiqamətində üzməyə başlayıb.
Gəminin hansı yükü daşındığı məlum deyil. Bəzi məlumatlara görə, ekipaj üzvləri arasında 6 Azərbaycan və 2 Türkiyə vətəndaşı var.
"AMANOS" avqustun 14-də Ukraynanın Odessa vilayətindəki İzmail limanını tərk edib, medianın məlumatına görə, son təyinat yeri göstərilməyib.
Xəbər lenti
0