Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır

© Photo : AZERTAGZəngəzur dəhlizinin tikintisi
Zəngəzur dəhlizinin tikintisi - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır.
BAKI, 25 avqust — Sputnik. Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır.

"Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il üçün yekunlaşdırılması planlaşdırılır. Bu, çox ciddi bir alternativ olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, Zəngəzur hazırda bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır. 1920-ci ildən Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salan bu ərazi indi bizi yenidən birləşdirəcək. Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçir.
Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0