Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin qaldırdı

© AFP 2023 / ADEM ALTANTürkiyə Mərkəzi Bankı
Türkiyə Mərkəzi Bankı - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb.
BAKI, 24 avqust — Sputnik. Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, TCMB uçot dərəcəsini 17.5%-dən 25%-ə qədər qaldırıb.
Qeyd edək ki, iqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizi 18,50% -20,00% civarına çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub.
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk Lirəsi məzənəsi 26,57 lirə səviyyəsinə düşüb. Türk lirəsi dollar qarşısında 2%-dən çox bahalaşıb.
Məlumatda deyilir ki, inflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və İdarə Heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
TCMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında uçot dərəcəsini 15%-dən 17.5 %-ə kimi artırmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0