CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşaltıda itkin düşən Adil Niftəliyev dəfn edildi

© Photo : APAAdil Niftəliyevin fotosu
Adil Niftəliyevin fotosu - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.
BAKI, 24 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu ilə vida mərasimi keçirilir.
Vida mərasimi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində keçirilir.
Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.
O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn ediləcək.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.
Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Prezident İlham Əliyev elə həmin günü kəndin bərpası ilə bağlı tapşırıqlarını verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0