Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın baş naziri Ermənistana səfər edəcək

© Sputnik / Aleksandr Astafev / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24 və 25-də Ermənistanda olacaq.
BAKI, 23 avqust — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Ermənistana iki günlük səfərə gələcək. Bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24 və 25-də Ermənistanda olacaq.
Tədbir Rusiyanın Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyinin himayəsi altında keçiriləcək. Aİİ çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi məsələlərinin müzakirəsi, orta və uzunmüddətli perspektivdə İttifaqın inkişafının strateji vektorlarının müəyyən edilməsi planlaşdırılır.
Xəbər lenti
0