Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidСнайпер на позиции во время учений, фото из архива
Снайпер на позиции во время учений, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Azərbaycanın hərbi nazirliyi Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı təkzib edib.
BAKI, 23 avqust - Sputnik. Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda bildirilir.
***
"Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır".
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0