Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağsunun dağları alışıb yanır

© AP Photo / Emre TazegulMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.
23 avqust - Sputnik. Məlumat verildiyi kimi, Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.
Əlavə məlumat veriləcək.
22.08.23, 16.53
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Xəbər lenti
0