Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Almaniya XİN rəhbərinə cavab verdi

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçid Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
"İzvestiya"ya şərhində Zaxarova Berlində estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşdən sonra keçirilən mətbuat konfransında Berbokun bəyanatına diqqət çəkib.
BAKI, 22 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalen Berboka cavab verib.
Zaxarova Almaniya XİN rəhbərinə xatırladıb ki, onun Kiyevdə, hətta Qərbdə terror aktları ilə bağlı əsaslandırmaları terrorizmin sponsorluğu kimi qiymətləndirilir və öz ölkəsi daxilində faciəvi nəticələrə çevrilə bilər.
"İzvestiya"ya şərhində Zaxarova Berlində estoniyalı həmkarı Marqus Tsaxkna ilə görüşdən sonra keçirilən mətbuat konfransında Berbokun bəyanatına diqqət çəkib. Almaniyanın XİN rəhbəri Ukrayna pilotsuz təyyarələrinin Rusiya şəhərlərinə hücumlarını şərh edərkən, Ukraynanın özünümüdafiə hüququna malik olduğu fikrini ifadə edib. Berbokun sözlərinə görə, guya Rusiya da mülki hədəflərə hücum edir.
"Bu bəyanatlar Qərbin "terrorizmin sponsorları" adlandırdığı şeydir", - diplomat vurğulayıb.
"Mən onları sakitləşdirə bilərəm: hər şey geri qayıdacaq. Qərbi Avropa isə təəssüf ki, daxili terrordan əziyyət çəkəcək. Çünki rəsmi hakimiyyət terrorizmi norma hesab edirsə, bu, onların vətənlərində də normaya çevriləcək", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Xəbər lenti
0