CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah havanın temperaturu artacaq - Proqnoz

© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndi
Varlı Həyat kəndi - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
BAKI, 22 avqust — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0