DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran ABŞ-la birbaşa danışıqlar aparmır - XİN

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Avqustun 10-da "The New York Times" qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb.
BAKI, 22 avqust — Sputnik. İran ABŞ-la birbaşa danışıqlar aparmır və gələcəkdə də bu danışıqları təşkil etməyi planlaşdırmır. Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Şafi mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən deyib.
"BMT Baş Assambleyasının iclası çərçivəsində İran və ABŞ rəsmiləri arasında görüşün keçiriləcəyi ilə bağlı məlumat həqiqətə uyğun deyil. İran ABŞ-la birbaşa danışıqlar aparmır və bunu planlaşdırmır. ", - o bildirib.
Kənani Şafi vurğulayıb ki, iki ölkə yalnız dolayı danışıqlar aparıb, bu danışıqlar zamanı əsirlərin mübadiləsi və İran mallarının azad edilməsi müzakirə olunub.
Avqustun 10-da "The New York Times" qəzeti ABŞ və İranın məhbus mübadiləsi ilə bağlı razılığa gəldiyini yazıb. Elə həmin gün Ağ Ev razılaşma faktını təsdiqləyib, lakin sazişin başa çatdığını elan etmək üçün həmvətənlərinin İslam Respublikasından qayıtmasını gözləməyə çağırıb. Müqavilə çərçivəsində İran İslam Respublikası ABŞ-ın sanksiyaları səbəbindən Cənubi Koreya banklarının hesablarında dondurulmuş 6 milyard dollara çıxış əldə edəcək.
Nüvə sazişindən çıxdıqdan sonra ABŞ Tehrana qarşı sanksiyalar tətbiq edərək, İran neftinin səkkiz böyük idxalçısına, o cümlədən Cənubi Koreyaya İslam Respublikasından enerji almağı qadağan edib. Daha sonra İran rəsmiləri bildiriblər ki, Seul ABŞ Xəzinədarlığının tələbi ilə Tehranın son bir neçə ildə neft tədarükü üçün almalı olduğu təxminən 7 milyard dolları dondurub. Cənubi Koreya neftə görə ödəmək üçün öz banklarına vəsait qoyub, lakin ABŞ-ın sanksiyalar rejiminə görə İrana köçürə bilməyib.
Xəbər lenti
0