Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan tərəfi vəziyyəti gərginləşdirməyə çalışır - MN

© AR Ministry of DefenceAzərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Müdafiə nazirliyi bəyan edib ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
BAKI, 22 avqust - Sputnik. Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.

"Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur", - deyə məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
"Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0