Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vnukovo və Domodedovo hava limanları normal rejimdə işləyir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidDomodedovo hava limanı
Domodedovo hava limanı - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edildikdən sonra Moskva vaxtı ilə saat 08:30-dan müntəzəm işini bərpa edib.
BAKI, 21 avqust — Sputnik. Vnukovo və Domodedovo, təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edildikdən sonra Moskva vaxtı ilə saat 08:30-dan müntəzəm işini bərpa edib. Bu barədə hava limanlarının mətbuat xidmətləri məlumat yayıb.

"Səhər saat 08:30-dan etibarən Vnukovo Beynəlxalq Hava Limanı normal rejimdə işləyir", - mətbuat xidmətindən bildirilib.

"Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının qərarına əsasən, uçuş təhlükəsizliyinin əlavə tədbirlərini təmin etmək məqsədilə Moskvanın Domodedovo hava limanında saat 06:26-dan 08:30-dək təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda Domodedovo Hava limanı da normal rejimdə işləyir", - Domodedovoda vurğulanıb.
Daha əvvəl Kazan hava limanının mətbuat xidməti də TASS-a paytaxtın Şeremetyevo hava limanında məhdudiyyətlərin tətbiqi barədə məlumat verib. Kazan hava limanı alternativ aerodroma 4 reys qəbul edib: Orskdan, Çelyabinskdən və 2 reys Yekaterinburqdan.
Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində iki pilotsuz təyyarənin hücumunun dəf edildiyini bildirib: bir PUA elektron mübarizə vasitəsilə ilə dəf edilib və Ruzski rayonuna düşüb, ikincisi isə İstra vilayətinin ərazisində vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0