DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İmamoğlu xəbərdarlıq etdi: su ehtiyatları azalıb, qənaət edin

© AP Photo / Khalil HamraEkrem İmamoğlu, arxiv şəkli
Ekrem İmamoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
Məlumata görə, yayın isti və quraq keçməsi ilə əlaqədar İstanbulun su anbarlarında su ehtiyatı avqustun 20-də normadan 32,38%-ə qədər azalıb.
BAKI, 21 avqust — Sputnik. İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu 16 milyon əhalisi olan şəhərin sakinlərini quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.

"Gələn həftə İstanbulda proqnozlara görə, yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir", - bələdiyyə sədri özünün X sosial şəbəkəsində (əvvəlki Twitter) hesabında yazıb.

Məlumata görə, yayın isti və quraq keçməsi ilə əlaqədar İstanbulun su anbarlarında su ehtiyatı avqustun 20-də normadan 32,38%-ə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir. Gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək.
Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında suyun iki ay qaldığını bildirmişdi. İstanbuldakı on su anbarından altısında 868,7 milyon kubmetr su ehtiyatı normadan 20 faiz aşağı düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0