DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva və Kiyevin taxıl dəhlizi ilə bağlı texniki danışıqları İstanbulda keçirilə bilər

© AP Photo / Luca BrunoTaxıl məhsulu
Taxıl məhsulu - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Türkiyə və Rusiya prezidentləri arasında planlaşdırılan danışıqların tarixi və yeri hələ də müzakirə olunur. Bu görüş qlobal əhəmiyyət kəsb edir.
BAKI, 20 avqust - Sputnik. Türkiyə və BMT taxıl sazişinin bərpası üçün layihə təklifləri hazırlayır. Moskva və Kiyev arasında texniki danışıqlar İstanbulda keçirilə bilər.
“Sabah” qəzeti bu barədə mənbələrə istinadən yazıb.
Qeyd edək ki, taxıl sazişi iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
Rusiya Prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib.
Sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə isə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
"Qlobal problemlərə, xüsusən də zəif inkişaf etmiş ölkələrdə yarana biləcək miqrasiya hərəkətlərinə və qeyri-sabitliyə səbəb olmamaq üçün Türkiyə BMT ilə birgə taxıl dəhlizinin qüvvəyə minməsi üçün layihə təklifləri hazırlayır. Moskva ilə Kiyev arasında dəhlizin aktivləşdirilməsi ilə bağlı texniki danışıqlar İstanbulda aparıla bilər", - deyə nəşr yazıb.
Qəzet hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu problemi “liderlərin diplomatiyası”nın köməyi ilə həll edə biləcək yeganə şəxsdir. Bununla bağlı qəzet qeyd edir ki, onun Putinlə “bu ayın sonunda baş tutacaq görüşü qlobal əhəmiyyət kəsb edir”.
Türkiyənin “A Haber” telekanalı bundan əvvəl məlumat verib ki, Türkiyə və Rusiya Federasiyası liderləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun sonu – sentyabrın əvvəlində şəxsi danışıqlar aparıla bilər. Ərdoğanın Rusiyaya səfəri istisna edilmir. Türkiyə və Rusiya prezidentləri arasında planlaşdırılan danışıqların tarixi və yeri hələ də müzakirə olunur. Türkiyə liderinin administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib ki, Türk tərəfi görüşün keçirilməsini avqust ayına hesablayıb.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov avqustun əvvəlində jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, iki lider arasında keçiriləcək danışıqların gündəliyində ikitərəfli münasibətlər, Ukrayna və “taxıl müqaviləsi” məsələsi var.
Xəbər lenti
0