Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Mədəniyyət incilərimiz: bu dəfə Cəbiş müəllim Maestro Niyazi barədə

Abunə olmaq
Əslən Şuşalı olan Zülfüqar Tağızadənin ailəsində dünyaya göz açmış maestro bir sıra dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülüb.
Vətənimiz dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib. Cəbiş müəllimin bugünkü qəhrəmanı əfsanəvi maestro, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazidir. Bu gün maestronun 111 yaşı tamam olur.
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ildə Tiflisdə, dövrünün məşhur bəstəkarlarından biri, əslən Şuşalı olan Zülfüqar Tağızadənin ailəsində dünyaya göz açıb.
Dirijorluq fəaliyyəti Niyaziyə dünya şöhrəti qazandırıb. Bununla yanaşı, o, həm də gözəl bəstəkar olub. Maestronun ən məşhur əsərləri arasında "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası və "Çitra" baleti yer alır.
Maestro Niyazi bir sıra dövlət mükafatlarına, o cümlədən SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb. Onun adı görkəmli dirijor və bəstəkar, musiqiçi və ictimai xadim kimi Azərbaycan tarixinə əbədi yazılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0