Erməni silahlılarının fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
BAKI, 20 avqust - Sputnik. Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 20.08.2023
HƏRBİ
Ermənistan Gədəbəydəki mövqelərimizi atəşə tutub
Xəbər lenti
0