CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dilində ilk liturgik İncil ərsəyə gəlib

© Photo : courtesy of Archimandrite AlexiyDini ayin, arxiv
Dini ayin, arxiv - Sputnik Azərbaycan, 1920, 19.08.2023
Abunə olmaq
Ənənəyə görə, taxtda olan İncilin gözəl bəzədilmiş örtüyə malik olur - əksər hallarda metal örtüklər şəklində müqəddəs təsvirlərlə bəzədilir. Bütün bunlar İncildə olan Allahın Kəlamına xüsusi ehtiram əlaməti olaraq edilir.
BAKI, 19 avqust - Sputnik. Bakı və Azərbaycan yeparxiyasının rəhbəri, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın xeyir-duası ilə Azərbaycan dilində liturgik İncil hazırlanıb.
Artıq ənənə olaraq Bakının mirra daşıyan qadınları Müqəddəs Katedral kilsəsində böyük kilsə bayramları günlərində İlahi Liturgiya zamanı İncil həm kilsə-slavyan, həm də Azərbaycan dilində oxunur.
Liturgik İncil adətən taxtda yerləşdirilir və bir sıra parametrlərinə görə adi İncildən fərqlənir.
İçindəki mətn ayin zamanı oxunan fraqmentlərə bölünür. Bundan əlavə, liturgik İncil kifayət qədər böyükdür.
Ənənəyə görə, taxtda olan İncilin gözəl bəzədilmiş örtüyə malik olur - əksər hallarda metal örtüklər şəklində müqəddəs təsvirlərlə bəzədilir. Bütün bunlar İncildə olan Allahın Kəlamına xüsusi ehtiram əlaməti olaraq edilir.
Liturgik İncilin Azərbaycan dilində ilk nəşrinin mətni redaktə edən, özünəməxsus tərtibatı, həmçinin dəri cildləmə və naxışlı gümüş örtüklər üzərində əl ilə işləyən bir qrup mütəxəssis tərəfindən hazırlanıb.
İncillərin ilk nüsxələri Bakı yeparxiyasının Katedralında təqdis olunub, sonradan yeparxiya pravoslav kilsələrinə veriləcək.
Bayram liturgiyası zamanı İncil taxtdan məbədin ortasındakı minbərə aparılıb və oradan Matfey İncilindən (17-ci fəsil, 1-9-cu ayələr) bir parça oxunub.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0