Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Moldova rəsmilərinin Rusiyaya girişini məhdudlaşdırır - XİN bəyanat yaydı

© Sputnik / Наталья СеливерстоваЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Nazirlik qeyd edib ki, bu addım Rusiya-Moldova münasibətlərinin daha da pozulmasına gətirib çıxarır və dostcasına deyil.
BAKI, 18 avqust — Sputnik. Moskva Kişinyovun Rusiya xarici nümayəndəliklərinin işçilərinin sayını azaltmaq qərarına asimmetrik cavab olaraq bir sıra Moldova rəsmilərinin ölkəyə girişini məhdudlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Agentliyin məlumatına görə, avqustun 18-də Moldova Respublikasının səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona rəsmi Kişinyovun Rusiyadakı xarici nümayəndəliklərinin işçilərinin sayını əhəmiyyətli şəkildə azaltmaq barədə əsassız qərarı ilə bağlı etiraz çatdırılıb.
Nazirlik qeyd edib ki, bu addım Rusiya-Moldova münasibətlərinin daha da pozulmasına gətirib çıxarır və dostcasına deyil.
"Lilian Dariusa məlumat verildi ki, asimmetrik cavab olaraq, Moldova Respublikasının bir sıra rəsmiləri üçün Rusiya Federasiyasına giriş qadağan edilib", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Avqustun 14-də Rusiya səfirliyinin 45 əməkdaşı ailələri ilə birlikdə Moldova Xarici İşlər Nazirliyinin qərarı ilə Rusiya diplomatik missiyasının işçilərinin ixtisarı ilə əlaqədar Moldovanı tərk edib. Bu addım Rusiyanın Moldovada casusluq fəaliyyəti ilə bağlı qondarma "araşdırma"nın ortaya çıxmasından sonra baş verib. "Casusluq"la bağlı qənaət onların Rusiyanın Kişinyovdakı səfirliyinin damında 28 peyk antenasını sayması ilə əsaslandırılıb və Rusiyanın Belçikadakı səfirliyində quraşdırılmış antenaların sayından çox olduğu iddia edilib.
Rusiya ilə Moldova arasında münasibətlər 2020-ci ilin sonunda Moldovada Avropayönlü siyasət yürüdən prezident Maya Sandu hakimiyyətə gəldikdən sonra pisləşməyə başlayıb.
Xəbər lenti
0